BMT-n verdiyi məlumata görə, dünyada İİV-lə yaşayan insanların sayı 38 mln-dur. 25,4 mln insan antiretrovirus müalicə proqramlar çərçivəsində müalicə olunurlar.
COVİD-19 pandemiyasının bu insanların həyat və rifahına təsir etdiyi barədə məlumatlar verilir. Pandemiya bir daha bizə sağlamlığın nə dərəcədə digər bərabərsizlik, insan hüquqları, sosial müdafiə və iqdisadi inkişaf kimi məqamlarla sıx əlaqəli olmasını sübut etdi.
BMT-nin İİV/QİÇS üzrə tutduğu məqsədlər arasında narkomaniya haqqında içtimayətin məlumatlandırılması, bununla da cəmiyyətdə ayrıseçkilik və damğalanma kimi amillərin aradan götürməsinə yönəldilən tədbirlərin geniş şəkildə aparılması önəmli yer tutur.
Azərbaycanda da İİV/QİÇS-lə mübarizə tədbirləri dövlət və GHT tərəfindən əməkdaşlıq çərçivəsində ölkənin bütün şəhər və rayonlarında geniş şəkildə həyata keçirilir. Azərbaycan Qızıl AyparaCəmiyyətinin İİV/QİÇS-lə mübarizə fəaliyyətləri Cəmiyyətin “İcmaya əsaslanan Sağlamlıq” proqramının prioritet sahələrindən biridir. Mütəmadi olaraq, Cəmiyyət bu proqram çərçivəsində Az.Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi və digər QİÇS-lə yaşayan İçtimai Birliklərlə əməkdaşlıq edərək, əhali arasında İİV/QİÇS-lə mübarizəyə yönnəldilən maarifləndirici və İİV/QİÇS-lə yaşayan insanlara sosial yönümlü tədbirləri həyata keçirdir.
Belə ki, 2020-ci il 30 dekabr tarixində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın dəstəyi ilə 60 nəfərə humanitar yardım təşkil edilmişdir. İnsanlar AzQAC-in etdiyi bu aksiyaya müsbət qiymət verərək, bir daha Cəmiyyətin əsas humanizm, ayrıseçkiliyə yol verməmək prinsipləri əsasında edilən dəstəyə görə dərin təşəkkürlərini bildirdilər.