IMG_20210126_122109~2

Milli məclisin deputatı, AzQAC-ın prezidenti Novruz Aslanov BQXQAC Federasiyasının Avropa və Qafqaz regionları üzrə rəhbərlərini qəbul etdi

 

2021-ci il  yanvarın 26-da AzQAC-ın baş ofisində baş tutan görüşdə Milli Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov BQXQAC Federasiyasının Avropa regionu üzrə direktoru Birgitte Bischoff Ebbesen və Federasiyanın Qafqaz ölkələri üzrə nümayəndəliyinin rəhbəri Olga Cumaevanı qəbul etdi. AzQAC-ın prezidenti qonaqları salamlayaraq xanım Birgitte Ebbeseni Azərbaycana ilk səfəri və təyin olunduğu yeni vəzifə münasibətilə onu təbrik etdi. Çıxışında AzQAC ilə BQXQAC Federasiyası ilə işgüzar münasibətlərin kökünün tarixə dayandığını söylədi. 1993-cü ildə 1-ci Qarabağ savaşı zamanı federasiya tərəfindən düşərgələrə yerləşdirilmiş qaçqın və köçkün düşmüş insanların diqqət mərkəzində saxlanıldığını qeyd etdi. Həmin illərdə beynəlxaq humanitar yardıma ehtiyac duyulduğunu xüsusi vurğulayan Cəmiyyətin rəhbəri Federasiyanın dəstəyinin çox böyük olduğunu diqqətə çatdırdı. Müharibədən zərərçəkən insanlara bir neçə sahədə yardımların edildiyini vurğuladı.

Bu gün də Federasiyanın fəaliyyətini regionda canlandırmağa çalışdıqlarını deyən natiq, bu dövr ərzində Federasiyanın Qafqaz ofisinin çox fəal olduğunu xüsusi qeyd etdi. İstər COVİD-19 ilə mübarizə çərçivəsində, istərsə də müharibə dövründə Olga Cumaeva ilə tez-tez əlaqə yaradılaraq mövcud vəziyyətin daim diqqət mərkəzində olduğunu söylədi. Həmçinin, Federasiyanın bir neçə əməkdaşının Milli Cəmiyyətə dəstək məqsədilə ofisimizdə artıq fəaliyyətlərə başladıqlarını da bildirdi.

Novruz Aslanov işğaldan azad olunan ərazilərdə dağıntıların çox olduğunu və dəstəyə ehtiyac duyulduğunu söylədi. Fəaliyyətlərimizin keyfiyyətli olması üçün əlaqələrin yüksək səviyyədə qurulmasının vacibliyini xüsusi qeyd etdi. Yerlərdə qiymətləndirmə işlərinin aparılmasının və aidiyyatı üzrə layihələrin həyata keçirilməsinin önəmindən bəhs etdi. Daha sonra missiyamız və mandatımız çərçivəsində işlərin 3 istiqamətdə qurulmasının vacibliyini vurğuladı: 1. ümumilikdə Azərbaycanı əhatə etməli, 2. Qarabağ ərazisindəki missiyamız, 3. Milli Cəmiyyətin gücləndirilməsi. Şəffaflıq gözlənilməklə hesabat işlərinin düzgün aparılmasının vacib olduğunu xüsusi qeyd etdi. Donorların maraqlarını nəzərə alaraq, həqiqətən ehtiyac duyulan sahələrdə işlər görülməlidir. BQXK-nın çətin günlərdə AzQAC-a böyük və operativ dəstək verdiyini də qonaqların nəzərinə. “Sevilya razılaşması”na əsasən öz mandatımız çərçivəsində fəaliyyətlərimizi davam etdirməliyik. Prioritet sahəmiz Qarabağ bölgəsidir. Bu sahədə görüləcək işlər həm insanların rifahının yüksəldilməsinə, həmçinin, hər iki qurumun imicinin artırılmasına xidmət edəcəkdir.

Federasiyanın həyata keçirdiyi layihələrə AzQAC olaraq dəstək verəcəyini qeyd edən Novruz Aslanov maddi-texniki bazanın gücləndirilməsinə ehtiyac olduğunu söylədi. Münaqişə dövrü ərzində könüllülərin öz işlərini yüksək səviyyədə gördüyünü qeyd etdi. COVİD-19 ilə əlaqədar olaraq vaksinasiya işlərinin aparıldığını söyləyən natiq vaksinasiyanın nəticələrindən asılı olaraq bir neçə ssenari üzərində işlərin aparılmasının vacibliyini qeyd etdi. Təbliğat işlərinin hansı formada aparılmasının da   müzakirəsinin lazım olduğunu diqqətə çatdırıldı.

Daha  sonra  çıxış edən xanım Brigitte Ebbesen görüşün təşkil edildiyinə görə öz təşəkkürlərini bildirdi. Azərbaycanda olmağından məmnunluq hissi duyduğunu qeyd etdi. Münaqişə zamanı AzQAC-ın könüllüsünün həyatını itirməsindən dərin kədərləndiyini söyləyərək, bir daha baş sağlığı verdi. Münasibətlərimizin bu səviyyədə qurulmasından razı qaldığnı söylədi. İstər regionlarda, istərsə də Avropadakı heyətlə əlaqələrin çox yaxşı qurulduğunu xüsusi olaraq vurğuladı. 1993-cü ildən günə kimi görülən işlər haqqında ətraflı məlumatının olduğunu söyləyən xanım Birgitte əhatə olunan sahələrin geniş olduğunu dedi. AzQAC-a dəstək olmaq istəyən donorların çox olduğunu bildirdi. Həmçinin, AzQAC-a dəstək məqsədilə digər Milli Cəmiyyətlərin də görüləcək işlərə cəlb edilə biləcəyini söylədi. Ancaq nəticə etibarı ilə, AzQAC-ın bütün görüləcək işlərin mərkəzində olacağını da xüsusi olaraq qeyd etdi.

Olga Cumaeva is çıxışında münaqişə başlayan gündən bu günə kimi qarşılqılı əməkdaşlığın yüksək səviyyədə qurulduğundan bəhs etdi. Bundan sonra da görüləcək işlərdə atılacaq hər addımların AzQAC-la müzakirə ediləcəyini qeyd etdi. Milli Cəmiyyətin imkanlarının genişləndirilməsi üçün işlərin aparılacağını bildirdi.

Sonda təklif və rəylər dinlənildi və aidiyyatı üzrə müzakirələr aparıldı.IMG_20210126_143009~2IMG_20210126_124212~2IMG_20210126_121619~2IMG_20210126_121135~2IMG_20210126_120950~2IMG_20210126_120822~2IMG_20210126_120731~2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.