20210121_151518

Əməkdaşımız Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın AİDS, Vərəmlə mübarizə Avropa Şəbəkəsinin konfransında çıxış etdi

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın “AİDS, Vərəmlə mübarizə Avropa Şəbəkəsi” (ERNA) mütəmadi olaraq Milli Cəmiyyətlərin Vərəm, İİV/QİÇS, Narkotiklərlə mübarizə sahələrində həyata keçirdiyi fəaliyyətlər barədə mübadilə və müzakirələrə dair görüşlər, iclas və konfranslar həyata keçirir.

Məlumdur ki, COVİD-19 pandemiya dönəmində bu görüşlər hər yerdə onlayn formatında keçirilir. Belə ki, 2021 il yanvar ayının 21-də  ERNA, BQXQACF-n Sağlamlıq və Qayğı Departamenti və Virus əlehinə Müalicə, Narkotiklərlə mübarizə üzrə Tərəfdaşlıq təşkilatıları ilə birgə ““COVID-19 kontekstində HİV, Vərəm, Hepatit və narkotik istifadə edən insanların xüsusi ehtiyaclarına müraciət” adlı onlayn konfrans keçirilmişdi. Konfransda Milli Cəmiyyətlərin COVİD-19pandemiya dönəmində həssas qruplara aid olan Vərəmli xəstələr, Narkotik istifadəçilər və İİV-lə yaşayan insanlara təşkil edən xidmətlər barədə geniş təqdimatlar olunmuşdu. Bir daha vurğulandı ki, ağır şərait ilə üzləşən bu insanların ehtiyaclarına uyğun Milli Cəmiyyətlər daha əlçatan olaraq, dəstək göstərirlər.

AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova vebinarda iştirak edib, Cəmiyyət tərəfindən BQXQACF dəstəyilə  COVİD-19 Pandemiyası zamanı vərəmli xəstələrə və İİV/QİÇSlə yaşayan insanlara humanitar yardım və psixo-sosial dəstəyin həyata keçirilməsi barədə təqdimatla çıxış etmişdir. Bununla yanaşı, təqdimatda Azərbaycan Vərəmlə Mübarizə Koalisiyanın (“Sağlamlığa xidmət” təşkilatının rəhbərliyilə”) üzvü olan AzQAC-n mobil proqramın vərəmli xəstələr arasında yayılmasında iştirakı və ölkə üçün  uğurlu təcrübə barədə məlumatlara yer ayrılmışdır.

Sonda BQXQACF Sağlamlıq və qayğı Departamentinin rəhbəri cənab Davron Mukamadiyev M.Qaraxanovanın çıxışında əks etdiyi fəaliyyətlərə müsbər rəyini bildirmişdir. Sonda ERNA-ın rəhbəri cənab Massimo Barra Milli Cəmiyyətlərin COVİD-19 pandemiyası  zamanı Vərəm, İİV/QİÇS və Narkotiklə mübarizədə ölkələrə böyük dəstək olduqlarını  vurğuladı. 20210121_133734 20210121_135044

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.