Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz missiyasına sadıq qalaraq münaqişədən əziyyət çəkən insanlara humanitar yardımları çatdırmaqda davam edir.Tərəfdaş donor təşkilatlarla birlikdə gerçəkləşən humanitar missiyanın bölgələrdə həyata keçirilməsi üçün əvvəlcədən nəzərdə tutulan plan üzrə fəaliyyətlər ardıcıllıqla həyata keçirilməkdədir.Belə ki, 26.02.2021 –ci il tarixdə Mingəçevir və Yevlax şəhərlərində,01.03.2021-ci il tarixdə isə Gəncə şəhərində humanitar yardımların çatdırılması həyata keçirildi.Tədbirlərdə Az.QAC İcraçı Katibin müavini ,FHHC şöbəsinin müdiri Elşən Səlimzadə,Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov,Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov,Təhcizat sektorunun rəhbəri Renat Vəliyev,BQX və QAC Federasiyasının nümayəndələri Marianne Peçnik və Rustam Jiqunov,QAC əməkdaşları Afaq Hüseynzadə və Vahid Bədəlov iştirak edirdilər.
Növbəti fəaliyyətlər barədə nəzərdə tutulan işlərin həyata keçiriməsi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinin tövsiyyə və tapşırıqları nəzərə alınmaqla davam etməkdədir.