Azərbaycan Qızıl Aypara Cəmiyyəti humanitar fəaliyyətlərini uğurla davam etdirməkdədir. Cəmiyyətimiz həmişə olduğu kimi ehtiyaclı və zərər çəkmiş insanları diqqət mərkəzində saxlamaqdadır. Əsasən münaqişədən əziyyət çəkən insanlara humanitar yardımların çatdırılması bölgələrdə davam edir. Belə ki, 05.03.2021-ci il tarixdə Naftalan rayonunda növbəti humanitar yardım paylanışı həyata keçirildı.Paylanışda Az.QAC-nin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, AzQAC əməkdaş Vahid Bədəlov, AzQAC Naftalan rayon bölməsinin sədri Sənan Sadıqov və bölmənin könüllüləri iştirak edirdilər.