.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 27 sentiyabr 2020-ci il tarixdən etibarən hərbi münaqişə nəticəsində zərər çəkmiş mülki əhaliyə humanitar yardımlarını davam etdirir. Milli Cəmiyyət həm daxili imkanlarını səfərbər edərək, eləcə də tərəfdaş donor təşkilatlarla birgə fəaliyyətlər həyata keçirir.Bu müddət ərzində əsas hədəf qurupları müəyyən edilmiş ,ilkin ehtiyyaclar qiymətləndirirlmiş və fəaliyyət pılanına uyğun efektiv tədbirlər öz səmərəsini vermişdir. Beləliklə humanitar yardımların çatdırılması prosesinə mərhələli ardıcıllıqla yenidən start verilmlşdir.Növbəti missiya 3 aprel 2021-ci il tarixdə Füzuli rayonunda, 4 aprel tarixində isə Tərtər rayonunda gerçəkləşdi.Tədbirlərdə AzQAC-nin Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov,Təhcizat sektorunun rəhbəri Renat Vəliyev, Füzuli rayon bölməsinin sədri Ramiq Sadıqov, Tərtər rayon bölməsinin sədri Etibar Heydərov və könüllüləri iştirak etmişlər.
Füzuli rayonunda hərbi münaqişə nəticəsində yaşayış yerləri tamamilə və ya qismən dağılmış insanlara,eləcə də şəhid ailələrinə, ümumulikdə 43 ailəyə, Tərtər rayonunda isə eyni kateqoriyadan olan ümumulikdə 20 ailəyə onların ehtiyaclarına uyğun humanitar yardımların çatdırılması prosesi həyata kecrilmişdir.
Tədbir iştirakçıları göstərilən dəstəyə görə Cəmiyyətin prezidenti ,Milli Məclisin deputatı cənab Novruz Aslanova və tərəfdaş donor təşkilatlara öz dərin təşəkkürlərini bildirmişlər.