IMG-20210405-WA0004

Ayparaçılar yeni tikilmiş Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasına Koalisiya tərkibində tanışlıq səfəri etdilər

    Bu gün bəşərin çətin imtahanlardan, sınaqlardan çıxdığı bir dövrdə yaşayırıq.Ağlagəlməz xəstəliklərin,bəlaların, fəlakətlərin tüğyan etdiyi hazırkı vəziyyət uşaqların da həyatına təsirsiz ötüşmür. Bir yandan müharibələr,bir yandan qəfil meydana çıxan təhlükəli xəstəliklər,miqrasiya, iqtisadi və siyasi böhranlar cəmiyyəti sarsıdır, uşaqların səhhətində də problemlər yaradır. Vərəm də bu problemlərdən biridir. Respublikada uşaqların sağlamlığı ilə bağlı bir sıra tədbirlər görülür. Bu yaxınlarda tikintisi və quraşdırılması tam şəkildə başa çatan Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyası uşaq sağlamlığına ölkə rəhbərliyi tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Vərəmli uşaqlara Koalisiya olaraq biz də qayğımızı əsirgəmirik. Məhz bundan irəli gələrək ayın 2-də koalisiya üzvlərinin təşəbbüsü ilə Professor Gindes adına Uşaq və Gənclər üçün Vərəm Sanatoriyasına tanışlıq səfərinə getdik. Sanatoriyanın baş həkimi Rəşid Bədəlov bizi çox mehribanlıqla qarşıladı və sanatoriyanın müalicə, dərs, yataq və istirahət otaqlarını, akt və idman zalını, mətbəxini göstərdi və müəssisənin açılışa tam hazır olduğunu bildirdi. Koalisiya üzvləri, o cümlədən Aypara nümayəndələri əliboş getməmişdilər. Gələcək xəstə uşaqlar üçün çoxlu maraqlı oyuncaqlar, pazıllar, stolüstü oyun dəstləri və həmçinin Aypara Cəmiyyəti, Beynəlxalq Federasiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə səyi ilə çap edilmiş “Sağlamlıq ölkəsinin nağılı” vərəmə aid kitabçanın xeyli nüsxələrini də aparmışdılar.

Çox yüksək səviyyədə tikilmiş, dünya standartlı bu tibbi müəssisə çox diqqətəlayiq və bütün tələblərə cavab verən quruluşa malikdir. İnsan tam əmin olur ki, ötən ilə qədər soyuq və heç bir yaşayış və müalicə şəraiti olmayan köhnə bir binada vərəmdən əziyyət çəkən uşaqlar burada həm də təhsil alaraq tam sağlamlıqlarına qovuşacaq və valideynlərinə sevinc bəxş edəcəklər.

Rəşid həkim müəssisənin yaxın zamanlarda nəzərdə tutulan açılışında bizləri də görmək istədiyini və bu əməkdaşlığın gələcəkdə də davam etdirilməsi arzusunu ifadə edərək Koalisiya üzvlərinə diqqət və hədiyyələr üçün minnətdarlığını bildirdi.IMG-20210405-WA0008 IMG-20210405-WA0009 IMG-20210405-WA0005

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.