COVİD-19 pandemiyası elan olunandan Azərbaycanda geniş profilaktik tədbirlər həyata keçirilir. Bu tədbirlərə AzQAC-in yerli bölmələri də fəal cəlb olunmuşlar.
2020-ci ilin sentyabr ayından başlayaraq Azərbaycanda COVID-19-a qarşı mübarizə tədbirlərinin potensialının artırılması və təcili tibbi yardım sisteminin yaradılmasına dəstək olaraq səhiyyə sisteminin bütün səviyyələrində ÜST,USAİD, UNİCEF və TƏBİB dəstəyilə icra olunan” PROACT” təlim layihəsi həyata keçirilir. Layihə çərçivəsində Azərbaycanın tibb işçiləri (həkim və orta tibb işçiləri) üçün COVİD-19 la əlaqəli kurslar hazırlanmış və təlimlər keçirilir. Məktəblərdə, icmalarda və ümumlikdə əhali arasında ris COVİD-19 qorunma və risk kommunikasiya tədbirlərini həyata keçirilməsi məqsədilə məktəb tibb işçilərinin cəlb olunması ilə yanaşı, AzQAC yerli bölmələrin işçi heyyəti və könüllərinin iştirakı nəzərəd tutulur. Belə ki, aprel ayının 8-də AzQAC-nin Bakı Regional Mərkəzinə daxil olan Rayon bölmələrinin işçi heyyəti və könülləri üçün “COVİD-19 qorunma və risk kommunikasiya” mövzusunda onlayn təlim keçirilmişdi.
Azərbaycan Qızıl AyparaCəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVİD-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatlar verdi. Bununla yanaşı o, məktəb, icmalarda COVİD-19 bağlı tədbirlərin keçirilməsində AzQAC rolunu və vəzifələri iştirakçılara açıqlamışdı. Onlayn təlimdə 43 nəfər iştirak etmişdir. Bu kimi onlayn seminarlar AzQAC-in digər rayon bölmələri üçün keçiriləcək.