20210407_171021

7 Aprel Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar keçirilib

7 aprel 1948-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Nizamnaməsi qüvvəyə mindi (WHA/A.2RES.35).  Bu tarix təşkilatın “ad günü” sayılır və 1950-ci ildən hər il Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur. ÜST-nin nizamnaməsində sağlamlıq hüququ irq, din və sosial status fərqi olmadan hər bir insanın ayrılmaz əsas hüququ kimi göstərilir. 2021 il tibb və sosial işçilərin ili elan edildi. Bu qərarla ÜST COVID-19 pandemiyasına qarşı mübarizədəki fədakarlığa hörmət göstərməyə çağırır.

2021 il 7 aprel tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti,  Sağlamlığa Xidmət İctimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  təşkilatçılığı ilə Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş vebinar  “Hər kəs üçün ədalətli və sağlam dünya quraq”şüarı  altında keçirilmişdir.

Əlamətdar günlə bağlı Azərbaycan Respublikası Prezidentinin 6 aprel tarixində Ümumdünya Səhiyyə Təşkilatının Baş qərargahında təşkilatın Baş direktoru Tedros Adhanom Qebreyesusun təşəbbüsü ilə video müraciətinin əsas məqamları İSİM nümayyəndəsi Səbinə Babazadə tədbirin iştirakçılarına diqqətinə çatdırılıb və bildirilib ki, pandemiya ilə mübarizədə bütün ölkələrin peyvəndlərə bərabər və universal əlçatanlığının təmin olunması istiqamətində Azərbaycan tərəfindən irəli sürülən qlobal təşəbbüslər təqdirəlayiqdir. Eyni zamanda o, tədbir təşkilatçılarına öz minnətdarlığını bildirərək, səhiyyə istiqamətinə dövlət başçısının hər zaman xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdi. Bəzi dövlətlərin vaksinlərə əlçatanlığı olmasa da, dövlət başçısının güclü siyasi rəhbərliyinin nəticəsində ölkəmizə vaxtında vaksinlər gətirildi. Ölkəmizdə mütəmadi olaraq səhiyyə sahəsində islahatlar tətbiq olunur, hazırda icbari tibbi sığorta ölkə üzrə həyata keçirilməsinə başlanılıb. Səhiyyə sahəsində olan islahatlar insanların daha keyfiyyətli və əlçatan xidmətlərlə təmin edilməsi məqsədi daşıyır.

Tədbirdə  tibb işçiləri və sosial işçilər tərəfindən COVİD-19 pandemiyası dövründə cəmiyyətin sağlamlığı naminə görülmüş işlər barədə geniş təqdimatlar edildi. Azərbaycan Qızıl AyparaCəmiyyətinin “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru Mətanət Qaraxanova pandemiyadan qorunmaq üçün infeksion nəzarət tədbirləri, gigiyena qaydaları və maskalardan düzgün istifadə və COVİD-19 əleyhinə vaksinasiya barədə də geniş məlumatlar verdi.

Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin müdiri Ayşəm Balayeva “Azərbaycanda COVİD-19 pandemiyası zamanı həssas qruplara sosial xidmətlərin təşkili mövzusunda təqdimatla çıxış etmişdir. O öz təqdimatında Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə həyatakeçirilən fəaliyyətlər barədə xüsusi vurğulamışdı.

Sonda isə “Sağlamlığa xidmət” İB, layihə rəhbəri Samirə Muxtarova “ COVİD -19 pandemiya zamanı qeyri-hökümət təşkilatlarının fəaliyyəti” mövzusunda təqdimatla çıxış etmişdir. AzQAC-n  COVİD-19 pandemiya başlanan gündən ölkədə həssas qrupdan olan insanlara  humanitar,  psixo-sosial sahələrdə fəaliyyətlər barədə vurğulanmışdır. Miqrasiya şöbəsinin mütəxəssisi Sona Hacıyeva  Cəmiyyətin miqrantlara göstərilən qayğı və xidmətlər barədə də geniş məlumatla çıxış etdi.

Vebinarda Vebinar sosial şəbəkə üzərində də yayımlanaraq, istifadəçilərin sualları cavablandırılıb.IMG-20210407-WA0096 20210407_152025 20210407_152340 20210407_171021 20210407_172625 (1) IMG-20210407-WA0095

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.