20 noyabr 1989-cü ildə BMT-in Baş Məclisi Uşaq hüquqları haqqında Konvensiyanı qəbul etmişdir. Azərbaycan Respublikası isə 2 mart 1992-ci il tarixində BMT-yə üzv olmuş, həmin il Uşaq Hüquqları Komitəyə qoşulmuşdur. Uşaq Hüquqları Konvensiyası BMT tərəfindən qəbul edilmiş bir saziş, sənəd olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya həm də uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanova Azərbaycanda yaşayan uşaqların hüquqlarının qorunması dair geniş fəaliyyətləri həyata keçirir. Belə ki, onun təşəbbüsü əsasında 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu tədbirlər çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri yerli qurumlarla birgə uşaq hüquqları üzrə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir
Belə ki, 2015-ci il 6 noyabr tarixində Ağdaş rayon bölməsinin sədri Almaz Həsənovanın yüksək təşkilatçılığı ilə uşaq hüquqlarına dair maarifləndirilmə seminarları keçirilmişdir. Seminarlar Maksud Şeyxzadə adına texniki təbiət humanitar təmayüllü gimnaziyasının şagirdlərinə və uşaqlara xidmət göstərən tibb işçilərinə təşkil olunmuşdur. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın rəhbəri Mətanət Qaraxanova tərəfindən Seminar iştirakçılarına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış Uşaq Hüquqları Konvensiyası haqqında vəsaitdən məlumatlar istifadə edərək təqdim olunmuşdur.
Günün ikinci yarısında AzQAC-in Ağdaş rayon bölməsinin işçi heyyəti ilə görüş keçirildi. Görüşdə bölmənin icmaya əsaslanan sağalmlıq sahəsində həyata keçirilən fəaliyyətlər barədə söhbət aparıldı. Sonda bölmənin işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən “Tütünsüz 1 il! adlı kompaniyaya qoşulub, plakat ilə şəkil çəkdirdilər.