P1070336

Ağdaş rayonunda uşaq hüquqlarına dair seminar keçirildi.

20 noyabr 1989-cü ildə BMT-in Baş Məclisi Uşaq hüquqları haqqında Konvensiyanı qəbul etmişdir. Azərbaycan Respublikası isə 2 mart 1992-ci il tarixində BMT-yə üzv olmuş, həmin il Uşaq Hüquqları Komitəyə qoşulmuşdur. Uşaq Hüquqları  Konvensiyası  BMT tərəfindən qəbul edilmiş bir saziş, sənəd olaraq, dünyanın hər bir  yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya həm də uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyənləşdirir. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) professor Elmira Süleymanova Azərbaycanda yaşayan uşaqların hüquqlarının qorunması dair geniş fəaliyyətləri həyata keçirir. Belə ki, onun təşəbbüsü əsasında 20 oktyabr – 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Bu tədbirlər çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon bölmələri yerli qurumlarla birgə  uşaq hüquqları üzrə maarifləndirmə tədbirlərinin təşkilində iştirak edir

Belə ki, 2015-ci il 6 noyabr tarixində Ağdaş rayon bölməsinin sədri Almaz Həsənovanın yüksək təşkilatçılığı ilə  uşaq hüquqlarına dair maarifləndirilmə seminarları keçirilmişdir. Seminarlar Maksud Şeyxzadə adına texniki təbiət humanitar təmayüllü gimnaziyasının şagirdlərinə və  uşaqlara xidmət göstərən tibb işçilərinə  təşkil olunmuşdur. AzQAC-in “İcmaya əsaslanan sağlamlıq” proqramın rəhbəri Mətanət Qaraxanova tərəfindən Seminar iştirakçılarına Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hazırlanmış Uşaq Hüquqları  Konvensiyası haqqında vəsaitdən məlumatlar istifadə edərək təqdim olunmuşdur.

Günün ikinci yarısında AzQAC-in Ağdaş rayon bölməsinin işçi heyyəti ilə  görüş keçirildi. Görüşdə  bölmənin  icmaya əsaslanan sağalmlıq sahəsində həyata keçirilən fəaliyyətlər barədə söhbət aparıldı. Sonda bölmənin işçiləri Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İçtimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən keçirilən “Tütünsüz 1 il! adlı kompaniyaya qoşulub, plakat ilə şəkil çəkdirdilər.P1070346P1070336 P1070339

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.