Türk Qızılayının “Qida yardımı proqramı” cərcivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələrinə,və həmçinin Sumqayıt şəhər bölməsi də bu proqramdan yararlanmışdı. Pandemiya qaydaları nəzərə alınaraq, bu gün 38 ailəyə Ramazan sovqatları paylanıldı. Ahıllar bu əziz ayda onları diqqətdə saxlayan Türk Qızılayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər. Tədbirə dəvət alan ahıllar növbə ilə qida yardımlarını alaraq, gözəl təəssüratla bölmədən ayrıldılar. Bu proqram çərçivəsində yardımlar davam etdiriləcəkdir.