Ə.Şıxlinski Azərbaycan Demokratik Cumhuriyyəti dövründə hökumət qarşısında müdafiə naziri əvəzi kimi Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət dəstəyinin artırılması və Cəmiyyətə zəruri olan xərclərin ödənilməsi təklifini etmişdir. Onun təşəbbüsü ilə AzQAC həmin dövrdə özünün fəaliyyətini daha da artırmışdır. AzQAC-ın tarixində Ə.Şıxlinski təşkilatın yaradılmasının təsisçilərindən biri kimi daxil olmuşdur.
2021-ci il aprel ayının 25-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin kollektivi hər il olduğu kimi, ənənəvi qaydada Cəmiyyətin həmtəsisçilərindən biri , Azərbaycanın hərb tarixində müstəsna xidmətləri olmuş general-leytenant Ə.Şıxlinskinin məzarını ziyarət etdi. Tədbirdə AzQAC-ın rəhbərliyi, əməkdaşları iştirak edirdilər. Öncə AzQAC-ın əməkdaşları Əliağa Şıxlinskinin məzarı önünə əklil, gül dəstələri qoydu.
Daha sonra AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə çıxışında Ə.Şıxlinskinin ölkənin hərb tarixindəki fenomenal fəaliyyətlərindən, Cəmiyyətin fəaliyyətindəki rolundan, müstəsna xidmətlərindən bəhs etdi.