29.04.2021-ci il tarixində Pirallahıda Türk Qızılayının “Qida yardımı proqramı” çərçivəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yerli bölmələrinə həmçinin Pirallahı rayon bölməsi də bu proqramdan yararlanmışdı. Pandemiya qaydaları nəzərə alınaraq, bu gün 30 ailəyə Ramazan sovqatları paylanıldı. Ahıllar bu əziz ayda onları diqqətdə saxlayan Türk Qızılayı və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.