Milli məclisin deputatı Müşfiq Məmmədli tərəfindən edilən müraciət əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıtda bir qrup şəhid, qazi və aztəminatlı ailələrə sovqat paylayıb.
Görüş zamanı millət vəkili bu xoşməramlı addıma görə sədr Mətanət Məhərrəmovaya, o cümlədən, cəmiyyətin hər bir üzvünə təşəkkür edib. 44 günlük Vətən müharibəsində qazanılan qələbə münasibəti ilə hamını təbrik edən M.Məmmədli Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazanılan möhtəşəm qalibiyyətdə hər bir vətəndaşımızın rolu olduğunu, cənab prezidentin ətrafında sıx birləşərək “Dəmir yumruq” formalaşdırdığını vurğulayıb. Müqəddəs Ramazan ayında baş tutan görüşdə eyni zamanda vətəndaşların gündəlik qayğıları, onları narahat edən problemlər öyrənilib, müvafiq addım atılması üçün nəzarətə götürülüb.