Az.QAC Suraxanı RB-si qarşıdan gələn ” Ramazan bayramı” münasibətilə ehtiyacı olan tənha, ahıl və aztəminatlı ailələrə yardım göstərdi. Cəmiyyətimiz rayon ərazisində yaşayan 30 ailəni sevindirdi. Təbir iştirakçılarını hissə-hissə idarəyə dəvət edib ərzaq yardımları paylanıldı. Az.QAC Suraxanı RB sədri Turan xanım Hüseynova Cəmiyyətin adından dəvət olunanlara bir daha “COVİD-19″ virusundan qorunma qaydaları haqqında söhbət apardı və onlara bukletlər paylanıldı. Dəvət olunanlar onlara diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.