IMG-1805

8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günüdür

8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə iclas keçirildi. AzQAC-ın baş ofisində baş tutan iclasda Cəmiyyətin Ali rəhbərliyi, katibliyi və əməkdaşları iştirak edirdilər. İclası giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Cəmiyyətin kollektivini, çoxsaylı üzvlərini və könüllülərini 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə təbrik etdi.       1992-ci ildə Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsi ilə əlaqədar olaraq AzQAC-ın Rəyasət Heyəti Şuşa geri qaytarılanadək 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı gününü mayın 7-də qeyd edirdi. 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş Azərbaycan torpaqları, eləcə də, 28 ildən sonra Şuşa şəhəri işğaldan azad olundu. Bununla əlaqədar olaraq AzQAC İdarəetmə Şurası qərar qəbul edərək 1992-ci ildə qəbul olunmuş qərarı ləğv etmişdir. Beləliklə, BQXQA Hərəkatı günü Azərbaycanda hər il  mayın 8-də qeyd olunacaqdır.

İlk dəfə olaraq BQXQA Hərəkatı gününün May ayının 8-də qeyd olunması ilə əlaqədar olaraq AzQAC-ın, BQXQAC Federasiyasının və BQXK-nın  rəhbər və məsul şəxlərinin birlikdə AzTV-də “Əsas məsələ” verilişində çıxışlarının önəmli olduğunu qeyd etdi.

Cəmiyyətin prezidenti çıxışında bu günün önəminə uyğun olaraq Hərəkatın tarixi haqqında qısa məlumat verdi. Həmçinin, natiq AzQAC-ın BQXQA Hərəkatının tərkib hissəsi kimi öz humanitar missiyasını layiqincə davam etdiyini xüsusi olaraq qeyd etdi. Hələ 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təklifi ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən AzQAC respublikada BQX/QAC Federasiyasının tam, daimi və bərabərhüquqlu  üzvü kimi rəsmən tanınmışdır. Dövlət dəstəyinin önəmini xüsusi olaraq vurğulayan prezident Azərbaycan Respblikasının Prezidenti, Zati-aliləri İlham Əliyevin imzaladığı AzQAC haqqında Qanunun buna misal olduğunu bildirdi.

Novruz Aslanov İstər pandemiya, istərsə də 44 günlük müharibə dövründə AzQAC-ın opretaiv qərargahının və Fövqəladə Mobil Könüllü dəstələrinin fəaliyyətinin daha da çevik fəaliyyət göstərdiyini və könüllülük hərəkatımızın daha da inkişaf edərək genişləndiyini iclas iştirakçılarının diqqətinə çatdırdı.

8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə Cəmiyyət silsilə tədbirlər həyata keçirdiyini deyən Novruz Aslanov, xüsusilə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadənin iştirakı ilə televiziyada veriliş hazırlandığını iclas iştirakçılarının diqqətinə çatdırdı. Bu günün önəminə uyğun olaraq AzQAC-ın vitse-prezidenti və Sumqayıt şəhər bölməsinin könüllüləri birlikdə ATV kanalında canlı efirdə həm çıxış, həm də ilk yardım vərdişlərini nümayiş etdirdilər. Həmçinin, bu fəaliyyət AzTV kanalında da davam etdirildi.

Daha sonra çıxış edən Cəmiyyətin vitse-prezidenti Qafar Əsgərzadə AzQAC-ın 1999-cu ildən bu yana özünün inkişaf dövrünü yaşadığını xüsusi olaraq qeyd etdi. AzQAC haqqında Qanunun qəbul edilməsinin Cəmiyyətin gələcək işlərinə xüsusi olaraq təsir etdiyini bildirdi. Hazırda Milli Cəmiyyətin BQXQAC Federasiyası, BQXK, dövlət qurumları və digər təşkilatlarla yüksək səviyyədə əməkdaşlıq münasibətlərinin qurulduğunu söylədi. Vitse-prezident 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı günü münasibətilə hazırlanan təkliflər planının tam şəkildə həyata keçirildiyini diqqətə çatdırdı.

Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyev çıxışında Hərəkatın tərkib hissəsi kimi AzQAC-ın beynəlxalq görüşlərdə iştirakı və həyata keçirdiyi işlərin önəmini xüsusilə qeyd etdi. Milli Cəmiyyətin fəaliyyətini öz mandatına və missiyasına uyğun olaraq yüksək səviyyədə qurduğunu söylədi. İcraçı katib Milli Cəmiyyətin Hərəkatın fundamental prinsiplərinə sadiq qalaraq həm pandemiya, həm də müharibə dövründə öz işini fasiləsiz olaraq davam etdirdiyini xüsusilə qeyd etdi.

Sonda AzQAC-ın prezidenti Novruz Aslanov Cəmiyyətin İcraçı Katibi Ceyhun Mirzəyevi doğum günü münasibətilə təbrik etmişdir. Cəmiyyətin prezidenti  təbrikində onun Cəmiyyətdəki fəaliyyətindən söz açmış və ona gələcək işlərində nailiyyətlər arzulamışdır. Ona gül dəstəsi təqdim edilmişdir. Bu təbriklərə, xoş arzulara AzQAC-ın digər əməkdaşları da qoşulmuş, xoş arzularını ifadə etmişlər.

Sonda göstərilən belə diqqətə və qayğıya görə Ceyhun müəllim AzQAC-ın rəhbərliyinə və kollektivinə dərin təşəkkürünü bildirmişdir.IMG_20210507_163008 IMG_20210507_165051 IMG_20210507_171221

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.