Ramazan ayı ərəfəsində hörmətli Millət Vəkillərimizin Emin Hacıyev, Tahir Mirkişili və xanım Hicran Hüseynovanın müraciəti əsasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsində bir qrup şəhid, qazi və aztəminatlı ailələrə bayram sovqatı paylanılmışdı. Tədbirdə AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq,bu gözəl təşəbbüs üçün millət vəkillərimizə minnətdarlığını bildirdi.
Tədbir iştirakcılarına bayram sovqatları bölmə könüllüləri tərəfindən təqdim olundu.