Ramazan bayramı ərəfəsində adının hallanmağını istəməyən ənənəvi xeyriyyəçimiz tərəfindən 25 daha ehtiyaclı ahıl ailələri sevindirildi. Havanın soyuq olduğunu nəzərə alaraq,pandemiya qaydalarına uyğun ahıllarımızı ofisdə qarşıladıq.Bölmə sədri Mətanət Məhərrəmova ahılları öz adından və xeyriyyəçimiz adından bayram münasibəti ilə təbrik edərək, gələn il yenə də Ramazan bayramını birgə keçirməyi dilədi. Bölmə könüllüləri geniş çeşidli 11 adda bayram sovqatlarını ahıllara təqdim etdilər.Ahıllar da öz növbələrində bu əziz bayramda onları diqqətdə saxlayan xeyirxah insana dualar etdilər.Yataq xəstələrinə bayram sovqatları könüllülər tərəfindən evlərində çatdırıldı.