IMG_20210519_202606

1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə planlaşdırılan tədbirlərə start verildi

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bölgələrdə fəaliyyəti davam edir. AzQAC özünün humanitar missiyasına uyğun olaraq fəaliyyətlərini günü-gündən genişləndirir. Ənənəvi olaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə planlaşdırılan tədbirlərə start verilmişdir. AzQAC-nin prezidenti, Milli Məclisin deputatı cənab Novruz Aslanovun təşəbbüsü və göstərişinə əsasən uşaq evlərinə müvafiq humanitar yardımlar çatdırılmaqdadır. Bu  məqsədlə19-20.05.2021-ci il tarixlərdə Şəki və Mingəçevir şəhərlərində yerləşən uşaq evlərində tədbirlər keçirilərək onlara bayram sovqatı çatdırıldı. Hər iki uşaq evinin rəhbərliyi bu xeyirxah missiya çərçivəsində göstərdikləri köməkliyi görə Milli Cəmiyyətin ali rəhbərliyinə təşəkkürlərini bildirməklə yanaşı ümumən Cəmiyyətin çoxşaxəli fəaliyyətini yüksək qiymətləndirdilər.
Tədbirlərdə AzQAC-nin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, QAC Mingəçevir R.M-nin koordinatoru Aydın Nəsibov, Mingəçevir şəhər bölməsinin sədri Nəriman İsmayılov, Şəki şəhər bölməsinin sədri Səbuhi Mustafayev və Cəmiyyətin könüllüləri iştirak etdilər.
Növbeti tədbirlər Gəncə və Lənkəran şəhərlərində yerləşən uşaq evlərində davam etdiriləcəkdir. IMG_20210519_202142 IMG_20210519_202246 IMG-20210519-WA0014 IMG-20210520-WA0005 IMG-20210520-WA0014 IMG-20210520-WA0026

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.