Artıq Covid-19 Pandemiyası və Vərəm dünyada liderlik edən təhlükəli xəstəliklər kimi cəmiyyətə ağır zərbələr vurmaqda davam edir. Respublikamızın istər dövlət , istərsə də Qeyri hökumət təşkilatları, ictimai birliklər birləşərək bu bəlaları dəf etmək üçün kütləvi tədbirlərə başlayıblar. Ölkə Ağciyər Xəstəlikləri İnstitutu və TƏBİB-in xahişi ilə Azərbaycan Vərəm əleyhinə Mübarizə Koalisiyası (tərkibində 6 ictimai birlik və Milli Aypara Cəmiyyəti) artıq ikinci həftədir ki, ETAXİ həkim briqadası və flüromobil maşını və Yaponiyadan “Sağlamlığa Xidmət” İctimai birliyinin ölkəyə gətizdirdiyi Fuji Partabl mobil rentgen qurğusu ilə Qobudakı Qobupark, Sumqayıtdakı 4 saylı xəstəxana və 12-ci mikrorayondakı yaşayış şəhərciklərində məskunlaşmış həssas qrup olan məcburi köçkün və qaçqın ailələrinin Vərəmə və Covid-19-a görə ümumi skrininginə ( rentgen və bəlğəm müayinəsi) başlamışdır. Böyük və əlbir komanda şəklində çox gərgin şəraitdə işləyən koalisiya üzvləri artıq çox sayda köçkün və qaçqınları müayinə etmiş və bəlli nəticələri rəy və müalicəyə yönəltmə üçün ETAXİ tibb heyətinə təqdim etmişdir.
Hələ indən belə 2 gün Sumqayıt 12-ci mikrorayon köçkün şəhərciyi, Sumqayıt Stansiyası və Sarı Qaya deyilən yerlərdə də məcburi köçkün ailələrinin skrininqı davam edəcək. Aypara Cəmiyyəti Miqrasiya şöbəsinin miqrantlarla iş üzrə əməkdaşı Sona Hacıyeva tərəfindən təmsil olunan Aypara Cəmiyyəti həmişə olduğu kimi bu dəfə də ümummilli maraqların qorunması və ehtiyaclı insanların sağlamlığının müdafiəsi işində layiqli nəticələr göstərir.
Hələ başqa bölgələrdə də davam edəcək bu mütəşəkkil və könüllü aksiyanın məqsədi Azərbaycanda Vərəm və Covid-19-un erkən askarlamasını sürətləndirmək üçün əsasən qaçqın və məcburi köçkün əhali arasında səhiyyə maarifinin, peyvəndləmə prosesinə yönəlik advokasiya prosesinin və qısa vaxtda kütləvi müayinələrin aparılmasıdır.
Tədbir boyunca əhaliyə Vərəm və COVİD -19 pandemiyasının indiki vəziyyətindən söz açılır, mövzuya uyğun video-çarxlar nümayiş etdirilir və onlara qoruyucu vasitələr və qaydalardan bəhs edən maarifləndirici vərəqələr, kitablar, bukletlər, maskalar da paylanır.
Belə tədbirlər bu çətin pandemik vəziyyətdə məcburən qapalı həyat sürən miqrantlar üçün bir psixoloji-sosial dəstəkdir və onlar bunu çox sevinc və razılılıqla qarşılayırlar.