20210524_084825

Ayparaçılar yenə ehtiyaclı və həssas əhalinin yanındadır

    Artıq Covid-19 Pandemiyası və Vərəm dünyada liderlik edən təhlükəli xəstəliklər kimi cəmiyyətə ağır zərbələr vurmaqda davam edir. Respublikamızın istər dövlət , istərsə də Qeyri hökumət təşkilatları, ictimai birliklər birləşərək bu bəlaları dəf etmək üçün kütləvi tədbirlərə başlayıblar. Ölkə Ağciyər Xəstəlikləri İnstitutu və TƏBİB-in xahişi ilə Azərbaycan Vərəm əleyhinə Mübarizə Koalisiyası (tərkibində  6 ictimai birlik və Milli Aypara Cəmiyyəti) artıq ikinci həftədir ki, ETAXİ həkim briqadası və flüromobil maşını və Yaponiyadan “Sağlamlığa Xidmət” İctimai birliyinin ölkəyə gətizdirdiyi Fuji Partabl mobil rentgen qurğusu ilə Qobudakı Qobupark, Sumqayıtdakı 4 saylı xəstəxana və 12-ci  mikrorayondakı yaşayış şəhərciklərində məskunlaşmış həssas qrup olan məcburi köçkün və qaçqın ailələrinin Vərəmə və Covid-19-a görə ümumi skrininginə ( rentgen və bəlğəm müayinəsi) başlamışdır. Böyük  və əlbir komanda şəklində çox gərgin şəraitdə işləyən koalisiya üzvləri artıq çox sayda köçkün və qaçqınları  müayinə etmiş və bəlli nəticələri rəy və  müalicəyə yönəltmə üçün ETAXİ tibb heyətinə təqdim etmişdir.

Hələ indən belə 2 gün Sumqayıt 12-ci mikrorayon köçkün şəhərciyi, Sumqayıt Stansiyası və Sarı Qaya deyilən yerlərdə də məcburi köçkün ailələrinin skrininqı davam edəcək. Aypara Cəmiyyəti Miqrasiya  şöbəsinin miqrantlarla iş üzrə  əməkdaşı Sona Hacıyeva tərəfindən təmsil olunan  Aypara Cəmiyyəti həmişə olduğu kimi bu dəfə də ümummilli maraqların qorunması və ehtiyaclı insanların sağlamlığının müdafiəsi işində layiqli nəticələr göstərir.

Hələ başqa bölgələrdə də davam edəcək bu mütəşəkkil və könüllü aksiyanın məqsədi  Azərbaycanda Vərəm və Covid-19-un erkən askarlamasını sürətləndirmək üçün əsasən qaçqın və məcburi köçkün əhali arasında səhiyyə maarifinin, peyvəndləmə prosesinə yönəlik advokasiya prosesinin və qısa vaxtda kütləvi müayinələrin aparılmasıdır.

Tədbir boyunca əhaliyə Vərəm və COVİD -19 pandemiyasının indiki vəziyyətindən söz açılır, mövzuya uyğun video-çarxlar nümayiş etdirilir və onlara qoruyucu vasitələr və qaydalardan bəhs edən maarifləndirici vərəqələr, kitablar, bukletlər, maskalar da  paylanır.

Belə tədbirlər bu çətin pandemik vəziyyətdə məcburən qapalı həyat sürən miqrantlar üçün bir psixoloji-sosial dəstəkdir və onlar bunu çox sevinc  və razılılıqla qarşılayırlar.20210524_084804 20210524_091423 20210524_100657 20210524_100723 20210524_105655 20210524_105801 20210525_101515 20210525_101535 20210525_104429 20210525_104645

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.