IMG-20210602-WA0059

Bağça uşaqları sevindi

Artıq 64 ildir ki,  1 iyun –Uşaqların Beynəlxalq Müdafiəsi Günü olaraq dünyada qeyd olunur. Bu günü uşaqların müdafiəsinə həsr etmək qərarı BMT Baş assambleyasında 1950-ci ildə qəbul olunub.

Dünyanın bütün ökələrində olduğu kimi , bu gün Azərbaycanın da bütün bölgələrində rəngarəng tədbirlərlə qeyd olunur. Azərbaycanda hökumət və qeyri – hökumət təşkilatları tərəfindən uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb və görülməkdədir.

31 may tarixində Stansiya Sumqayıtda köçkün şəhərciyi Uşaq bağçasında Azərbaycan Vərəm əleyhinə Koalisiyası TƏBİB və Qubadlı şəhər icra hakimiyyəti ilə birgə bağçada musiqili-əyləncəli tədbirdə iştirak etmiş və 40-a yaxın uşağa şirniyyatlar və yazı ləvazimatları  paylamışlar. Tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Koalisiya üzvü kimi (Az QAC)  Miqrasiya şöbəsinin Azərbaycan dili müəllimi, miqrasiya şöbəsinin əməkdaşı Sona Hacıyeva təmsil edirdi.

Rəngbərəng, uşaq rəqsləri, uşaqlara və vətənə, Qarabağa həsr olunmuş mahnılar şənliyə bir özgə ahəng qatırdı.   Tədbirin əsas məqsədi uşaqlara olan diqqət və qayğını təcəssüm etdirməkdir.

Köçkün ailələr və uşaqları tədbirdən hədsiz razı qaldılar və tədbirin təşkilatçılarına və Az QAC-nə təşəkkür edərək belə tədbirlərdə yenə iştirak etmək arzularını bildirdilər.IMG-20210602-WA0044 IMG-20210602-WA0043

 

 

 

 

 

 

Sona Hacıyeva

Miqrasiya şöbəsinin əməkdaşı

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.