AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev Fransa səfirliyinin nümayəndəsini qəbul etdi. Fransa səfirliyi tərəfindən gələcəkdə dəstəklənəcək tədbirlər haqqında ətraflı müzakirələr aparılmışdır. Səfirlik nümayəndəsi AzQAC-ın səhiyyə sahəsində daha əvvəllər həyata keçirdiyi layihələr haqqında maraqlanmışdır. Xüsusi ilə də QİÇS-lə mübarizə və tuberkuloz sahəsində. İcraçı katibin müavini Səbinə Məhbubi İran çıxışı zamanı daha əvvəllər həyata keçirilmiş layihələrdən AzQAC-ın QİÇS-lə mübarizə və tuberkuloz sahəsində təcrübəsinin artıq mövcud olduğunu bildirmişdir. Eyni zamanda, gələcək fəaliyyətlərdə olan təcrübə, bilik və bacarıqların bölüşdürülməsi, tətbiq olunması nəzərdə tutulmuşdur.