Dünyada hər il 14 iyun tarixi Ümumdünya Səhiyyə Təşkilatının qəbul etdiyi Qan Donor günü kimi qeyd edilir. Bu ildədə bugünün qeyd olunması COVİD-19 pandemiya dövrünə təsadüf etdi. Bu il günün qeyd olunması «Qan ver ki, həyat qaynasın!» şüarı altında keçir. Əsas diqqət də könüllü təmənnasız qan donorluğuna gənclərin cəlb olunması məsələlərinə cəlb edilir.
2004 – cü ildən Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Donorlar Federasiyası, Beynəlxalq Qızıl Xaç/Aypara Cəmiyyətləri Federasiyası və Beynəlxalq Qan Köçürmə Cəmiyyəti kimi təşkilatlar birgə həmin günün keçirilməsinə dəstək verirlər. 2005-ci ilin may ayında isə Cenevrə şəh. 58-ci Ümumdünya Səhiyyə Assambleyasında hər il 14 İyun (Karl Landşteynerın doğum günü 14 iyun 1868 il) Ümumdünya Qan Donor Günü kimi qeyd etmək qərara alınmışdır (Резолюция WHA58.13).
Ənənəvi olaraq, hər il Azərbaycanda da 14 İyun Ümumdünya Qan Donor gününə həsr edilən müxtəlif yönümlü tədbirlər həyata keçirilir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Ə.Əliyev adına Azərbaycan Dövlət Təkmilləşdirmə İnstitutu (hematologiya və pediatriya kafedraları), Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən bu ildə ölkədə COVİD-19 la bağlı vəziyyəti nəzərə alaraq, onlayn seminar təşkil edilmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə AzQAC-lə içtimai səhiyyə sahəsində əməkkdaşlığı xüsusi vurğulayaraq, keçirilən tədbiri çox yüksək qiymətləndimişdir.
Seminarda AzQAC-in “icmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru, eləcə də pediatriya kafedrasının dosenti Mətanət Qaraxanova tərəfindən təkmilləşdirmə kurslarında iştirak edən həkimlərə könüllü, təmənnasız, mütəmadi qan donorluğuna dair yerli və beynəlxalq mənbələrə əsaslanaraq, qan donorluğunun tarixi, təşkili və inkişafı, dünyada və Azərbaycanda qan donorluğu ilə əlaqədar olan vəziyyət, qan donorluğun insan orqnizminə faydası və digər tibbi-sosial aspektləri barədə geniş məlumatlar təqdim olunmuşdur. Sonda bir daha (ixtisasından asılı olmayaraq) qan donorluğu barədə əhalinin düzgün anlayışın formalaşması və məlumatlılığını artırmaq üçün bütün tibb işçilərini səfərbər olmasına tövsiyyələr səsləndirildi.