IMG_20210625_103420

Vaksinasiya ilə bağlı iclas keçirildi

İclasda çıxış edən AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə öncə hal-hazırda respublikada Nazirlər Kabineti yanında Qərargahın qərarı ilə pandemiya ilə mübarizə çərçivəsində keçirilən tədbirlər haqqında danışdı. Keçirilən tədbirlərin əhəmiyyətindən söz açan vitse-prezident AzQAC-ın fəaliyyətinin yüksək səviyyədə davam etdirilməsi üçün əməkdaşların peyvənd olunmasının zəruriliyini xüsusi olaraq vurğuladı. Bu baxımdan bu günlərdə işçilərin pulsuz olaraq müayinə testlərindən keçməsinin əhəmiyyətindən söz açdı.

Daha sonra çıxış edən Cəmiyyətin sağlamlıq şöbəsinin müdiri- AzQAC prezidentinin müşaviri Nazim Məcidov verilən analizlərin cavablarına uyğun olaraq hər bir işçinin aidiyyatı üzrə ərazi poliklinikalarından həkimlərinə müraciət etmələrini və peyvənd olunacaq işçilərə müvafiq arayışların alınıb iyul ayının 1-nə kimi bu prosesin tamamlanmasını onlardan xahiş etdi. Çıxışlar zamanı İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, Gənclər və könüllülər şöbəsinin müdiri – İcraçı Katibin müavini Xalidə İsgəndərova və Kadrlar şöbəsini müdiri Yeganə Nəsirova aidiyyatı üzrə öz rəy və təkliflərini bildirdilər.

Sonda peyvənd olunmaqla bağlı müvafiq qərar qəbul edildi.IMG_20210625_104010 IMG_20210625_103439 IMG_20210625_103446

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.