1626339245172

AzQAC könüllüləri üçün İlk Yardımın Əsasları təlimi təşkil olundu

13-15 iyul 2021-ci il tarixində  AzQAC-ın Tərtər, Ağdam, Qazax və Füzuli bölmələrinin Fövqəladə Mobil Könüllü Dəstələrə (FMKD) yeni qoşulmuş könüllüləri üçün Bakı şəhərində “İlk Yardımın Əsasları” təlimi təşkil edildi.

İlk yardımın məqsədi zərərçəkmiş insanın həyatını xilas etmək, ağrılarını yüngülləşdirmək və vəziyyətinin ağırlaşmasının qarşısını almaq üçün adi və zəruri tibbi tədbirlərin görülməsindən ibarətdir. Həyat göstərir ki, ilk yardım göstərilməsini tələb edən vəziyyət qəfildən, vaxt çatışmazlığı və əksər hallarda tibbi təhsilli adamların olmadığı bir şəraitdə yaranır. Hər saniyənin qiymətli olduğu belə vəziyyətlərdə hadisə yerindəki adamlar vahiməyə düşmədən tez və qətiyyətli hərəkət etməlidirlər.

Bu təlim kursunda iştirakçılar nəzəri biliklərlə yanaşı praktiki nümayişlər də göstərdilər. Təlimin sonunda iştirakçılar müxtəlif ssenarili simulyasiya məşğələsində iştirak etdilər. Kursu müvəffəqiyyətlə bitirən iştirakçılar kursda yer alan mövzularda əsas İlk Yardım texnikalarını yerinə yetirə və təcili vəziyyətlərdə İlk Yardım Postu qurub fəaliyyət göstərə biləcəklər.

Təlim Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Beynəlxalq Qızıl Xaç Komitəsinin təlimçiləri tərəfindən həyata keçirildi.1626339225555 1626339225559 1626339225562 1626339245165 1626339245169 1626339260052 1626339260055 1626339272388 1626339272394

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.