20 iyul 2021-ci il tarixdə AzQAC-ın baş ofisində Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov Türk Kızılay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan TAN və iş adamı Mustafa Mercanı qəbul edib. Cəmiyyətin prezidenti Novruz Aslanov çıxışı zamanı Türk Qızılay Cəmiyyətinin istər pandemiya istərsə də 44 günlük Vətən müharibəsi zamanı zərərçəkmiş insanlara ərzaq və qeyri-ərzaq bağlamaları ilə yardımlar göstərdiyindən bəhs etmişdir..Qonaqlar öz növbəsində Azərbaycanda olduqlarından məmnun olduqlarını və bundan sonra da hər iki Milli Cəmiyyət arasında humanitar sahədə əməkdaşlğın sıx şəkildə davam edəcəyini bildirdilər.