AzQAC-ın təşkilatçılığı və Türk Qızıl Ay Cəmiyyətinin dəstəyi ilə Müqəddəs Qurban bayramı münasibətilə ehtiyaclı, tənha, kimsəsiz və aztəminatlı ailələrə qurban payı paylanılmışdır. Ümumilikdə 2500 ailəyə 4 kiloqram olmaqla qurban əti verilmişdir. Kəsimlər Azərbaycan Respublikaısnın Qida Təhlükəsizliyi Agentliyinin kəsim məntəqəsində gigiyenik qaydalara və islami dəyərlərə əməl edilməklə aparılmışdır. Keçirilən tədbirdə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə, Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsinin müdiri Elşən Səlimzadə, Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri cənab Cahit Bağçalı Türk Qızıl Ay Cəmiyyətinin İdarə Heyətinin üzvü Ercan TAN və iş adamı Mustafa Mercan və digər rəsmi nümayəndələr iştirak etmişlər.