Adinin hallanmağını istəməyən bölməmizin ənənəvi donoru tərəfindən Qurban bayramı münasibətilə 40 nəfər ehtiyaclı ahıllara qurban payı paylanıldı. Bölmə sədri Mətanət Məhərrəmova ahılları öz adından və xeyriyyəçimiz adından bayram münasibəti ilə təbrik etdi. Ahıllar da öz növbələrində bu əziz bayramda onları diqqətdə saxlayan xeyirxah insana dualar etdilər.