Müqəddəs Qurban bayramı ərəfəsində Sumqayıt şəhərindən seçilmiş millət vəkillərimiz Xanım Hicran Hüseynova, Müşfiq Məmmədli, Tahir Mirkişili və Emin Hacıyevin seçicilərinin müraciəti əsasında, Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin təşkilatçılığı ilə bir qrup şəhid, qazi və aztəminatlı ailələrə qurban payları təqdim olunmuşdu. AzQAC Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova qonaqları salamlayaraq,bu gözəl təşəbbüs üçün millət vəkillərimizə minnətdarlığını bildirmişdi. Türk Kızılayı tərəfindən AzQAC Sumqayıt şəhər bölməsinə ayrılmış qurban paylarının müəyyən hissəsi siyahı əsasında millət vəkillərinin nümayəndələri ilə birgə bu qəbildən olan insanlara paylanılmışdı.Qurban payı alan insanlar da öz növbələrində onları hər zaman diqqətdə saxlayan millət vəkillərimizə və AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına minnətdarlıqlarını bildirdilər.