2021-ci il iyulun 15-16-da Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə, İcraçı Katib Ceyhun Mirzəyev Türk Qızıl Ay Cəmiyyətinin dəvəti ilə Şimali Kipr Türkiyə Respublikasının Qızıl Ay Cəmiyyətinin yeni Mərkəzinin açılış mərasimində iştirak edib. Səfər zamanı nümayəndə heyəti və digər rəsmi qonaqlar ŞKTR-nın prezidenti cənab Ersin Tatar tərəfindən qəbul edilmişdir. İstər qəbul zamanı, istərsə də digər görüşlərdə vitse-prezident Q.Əsgərzadə AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun salamlarını, xoş arzularını dilə gətirərək Milli Cəmiyyət ilə Türk Qızıl Ay Cəmiyyəti, eləcə də, ŞKTR-in Qızıl Ay Cəmiyyəti arasında mövcud olan dostluq, qardaşlıq, əməkdaşlıq əlaqələrindən bəhs etmişdir. Gələcəkdə bu əlaqələrin daha da inkişaf etdirilməsi ifadə olunmuşdur.
Mərkəzin açılış mərasimində ŞKTR-nın prezidenti cənab Ersin Tatar, Baş nazir Ersan Saner, Türk Qızıl Ay Cəmiyyətinin prezidenti, BQX/QAC Federasiyasının vitse-prezidenti Kerem Kınık və digər qonaqlar iştirak edirdilər.