IMG_20210727_110832~2

AzQAC-ın baş ofisində 2021-ci ilin 6 ayı ərzində görülən işlər barədə hesabat iclası keçirildi

27 iyul 2021-ci il tarixdə AzQAC-ın baş ofisində 2021-ci ilin 6 ayı ərzində görülən işlər barədə hesabat iclası keçirildi. İclası giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev iştirakçıları gündəliyə daxil olan məsələrlə bağlı məlumatlandırdı.

Daha sonra çıxış edən İcraçı Katibin müavini Səbinə Məhbubi İran Strateji İnkişaf Planının strateji məqsədləri haqqında ətraflı məlumat verdi. Sağlamlıq və qayğı sahəsində 6 ay ərzində görülən, xüsusilə pandemiya dövründə həyata keçirilən işlər barədə məruzə etdi.

Cəmiyyətin Humanitar yardım şöbəsinin müdiri Əliağa Abbasov çıxışında istər pandemiya, istərsə də 44 günlük Vətən müharibəsi zamanı zərərçəkmiş mülki əhaliyə humanitar yardımların paylanılması haqqında məlumat verdi. O, istər  BQXQAC Federasiyasının istərsə də Türk Qızıl Ay Cəmiyyətinin dəstəyi ilə sığınacaqda yerləşən insanlara Yevlaxda yerləşən anbar-paylanış məntəqəsindən ərzaq, qeyri-ərzaq və gigyenik bağlamalarının verilməsi prosesindən danışdı. Həmçinin, 6 ay ərzində 354 nəfərin tibbi təmənnasız müayinə kartı ilə təmin olumasından söhbət açdı. Eyni zamanda COVİD-19 ilə mübarizə çərçivəsində AzQAC ilə əmkədaşlıq edən marketlər şəbəkəsinin ümumilikdə 500 nəfər əməkdaşına qoruyucu sipərlərin paylanıldığını xüsusi olaraq vurğuladı.

Gənclər və könüllülər şöbəsinin müdiri- İcraçı Katibin müavini Xalidə İsgəndərova da çıxışı zamanı fəaliyyətlərinin 2 istiqamətdə həyata keçirdiklərini bildirdi. Həmçinin, əhali arasında sorğuların aparılmasında könüllülərin xüsusi rolu olduğunu söylədi. Zərərçəkmiş ailələrin azyaşlı uşaqlarına könüllülər tərəfindən psixososial dəstəyin göstərildiyini xüsusi olaraq vurğuladı.

Daha sonra çıxış edən AzQAC-ın İdarə rəisi-vitse-prezident Əziz Qocayev hazırda şəhər və rayon bölmələrində hesabat-seçki konfranslarının keçirildiyini bildirdi. Seçkilərin onlayn formatda təşkil etdirildiyini söylədi. Artıq 2 regional mərkəzə daxil olan rayon bölmələrdə hesabat-seçki konfranslarının bitdiyini məruzə etdi.

Sonda təkliflər və rəylər dinlənildi. Müvafiq qərarlar qəbul edildi.IMG_20210727_112533~2 IMG_20210727_111517_2 IMG_20210727_111530~2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.