Hörmətli Kerem bəy,
Əziz Qardaşım,
Qardaş Türkiyə Respublikasının Antalya bölgəsində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər bizi son dərəcə kədərləndirir.
Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, çoxsaylı üzvləri, könüllüləri və kollektivi adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.