IMG-20210806-WA0017

Azərbaycanda Psixi sağlamlıqla bağlı Texniki İşçi Qrup yaradılıb

 

COVID-19 pandemiyası və son II Qarabağ müharibəsi Azərbaycanda Psixi Sağlamlığ və Psixososial Dəstək (Menthal Health Psycho-Sosial Support -MHPSS) xidmətlərinə artan tələb və ehtiyacın olduğunu ortaya çıxardı. Bu ehtiyaca cavab olaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən əlaqədar dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində bu cür xidmətlərin həm birbaşa göstərilməsi həm də milli mütəxəssislər üçün potensialın artırılması sahəsində addımlar atmışdı. Bərpa mərhələsində olaraq, bu sahədə fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlar arasında MHPSS fəaliyyətlərinin daha yaxşı koordinasiyasına ehtiyac duyulur.

ÜST Azərbaycandakı Nümayyəndəliyi, Azərbaycanda MHPSS texniki işçi qrupunun yaradılmasına kömək etmək üçün MHPSS Surge Support proqramı çərçivəsində Hollandiya hökumətinin dəstəyi ilə beynəlxalq məsləhətçi Murat Can Birand Apaydin   cəlb etmişdir. İşçi qrupa Təbib,  AzRespublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq  Mərkəzi və digər dövlət və qeyri-dövlət  təşkilatlarının nümayyəndələri daxildir.

MHPSS texniki işçi qrupunun məqsədi –  Azərbaycanda şamil olunan əhalinin MHPSS ehtiyaclarına effektiv, koordinasiya olunmuş və mərkəzləşdirilmiş qurumlararası cavab təmin etmək, davamlı strateji istiqamət vermək, təcrübə standartlarına və qlobal idarələrarası tövsiyələrə riayət olunmasını təşviq etmək və ehtiyac olduqda MHPSS sektoru üçün müvafiq təlimatlar / vasitələr / SoP hazırlamaqdır.

Ölkədə COVİD-19 karantin rejimini nəzərə alaraq, işçi qrupun görüşləri onlayn formatında keçirilir.  Bu işçi qrupa  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayyəndələri – Nigar Qadaşova (psixoloq), Mətanət Qaraxanova (İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru), Sona Hacıyeva (Miqrasiya şöbəsinin mütəxəssisi) daxildir.  İşçi qrupun iki görüşü keçirilmişdir. Görüşdə ekspert tərəfindən təşkilatlara Psixoloji xidmətlərin səviyyəli həyata keçirilməsini, onun hansı nəzəriyyələrə əsaslı olması, icmanın ehtiyaclarının qiymətləndirilməsi və buna uyğun fəaliyyətlərin təşkil olunmasına dair məlumatlar təqdim edilmişdir. Görüş zamanı hər bir təşkilata təqdim edilən təqdimata əsasən çıxış etmək və öz təcrübələrilə paylaşmaq imkanı yaradılır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.