Ukrayna Qızıl Xaç Cəmiyyəti (URCS) İlkin Yardım təlimçiləri və könüllüləri üçün illik görüş təşkil etdi. Görüşün gündəliyində metodologiya, pedaqogika, fərqli auditoriyaya və kontekstə uyğunlaşma, təcrübə mübadiləsi və digər bu kimi mövzular yer alırdı.Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Milli Cəmiyyətlərindən gələn İlk Yardım mütəxəssislərinin illik toplantısı, bölgədə İlk Yardım üçün vahid standartlar çərçivəsində iş standartlarının və tətbiq yanaşmalarının birləşdirilməsini əhatə edirdi. Təlim zaman Ürəyin dolayı yolla masajı, huş itmiş bir şəxsə ilkin yardımın göstərilməsi və s. bir neçə mövzu ilə bağlı fikir mübadiləsi aparıldı
Milli Cəmiyyətin işçilərinin bilik və bacarıqlarının artırılması üçün təşkil olunan tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ilk yardım işçisi Məmmədov Rauf və AzQAC-nin Fizuli rayon bölməsinin könüllüsü Azər Tahirov iştirak edirdilər.