Yerli icmaların Fövqalafə Hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi layihəsi əsasında Lənkəran rayonunda 3 günlük seminar keçirildi.
Bu seminarda Lənkəran, Astara, Sabirabad, İmişli , Sumqayıt,, İsmayıllı rayon bölməsinin əməkdaşları və könüllüləri iştirak edirdi. AzQAC–nin Baş Katibinin müavini Şaban Şayev, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, AzQAC-nin psixoloqu Nigar Qədəşova və İlk Yardım üzrə doktor Şahin Biləndərli iştirak etmişdilər. Üç günlük keçirilən seminarda psixoloji dəstək, psixo-sosial, gepotid və Covid-19 pandemiyası ilə bağlı sorğuların keçirilməsi mövzusunda müzakirələr aparıldı.