Görüşün məqsədi AzQAC ilə BQXK arasındakı 2021-ci il Əməliyyatlar üzrə Tərəfdaşlıq Sazişi çərçivəsində həyata keçirilən işlərin hazırkı
vəziyyətinin və qarşıda duran fəaliyyətlərin birgə icrasını həyata keçirmək, qarşıya çıxacaq
problemlərin həlli yollarını müəyyən etməkdir. Həmçinin,
AzQAC-ın baş qərargahı, şəhər və rayon bölmələri ilə birlikdə 2022-ci il üçün Cəmiyyət ilə Komitə arasındakı tərəfdaşlıq ilə bağlı fikirlərin müzakirəsini aparmaqdır.
Görüşü giriş sözü ilə açan AzQAC-ın icraçı katibi Ceyhun Mirzəyev görüşün hər iki təşkilatın qarşılıqlı əməkdaşlığına çox yüksək təsir göstərdiyini söylədi. Konfliktdən sonrakı dövrdə Cəmiyyətin şəhər və rayon bölmələri BQXK ilə birlikdə daha sıx əlaqədə olurlar. Bu görüşün onların bilik və bacarıqlarının artırılmasında mühüm rol oynayacağını xüsusi olaraq qeyd etdi.
Daha sonra çıxış edən BQXK-nın koordinatoru görüşün önəmindən söz açaraq AzQAC-ın fəaliyyətlərini yüksək qiymətləndirdiyini söylədi. Uzun illərdir AzQAC ilə əməkdaşlıq yüksək səviyyədə davam edir.
Çıxış etmək söz alan BQXK-nın Bərdə subnümayəndləyinin rəhbəri Sabrina ….. Cəmiyyətin hökümətə humanitar sahədə yardımçı rolunu yüksək səviyyədə yerinə yetirdiyini söylədi. Həmçinin, son 1 il ərzində Cəmiyyətin BQXK ilə həm birgə həm də fərdi olaraq həyata keçirdiyi fəaliyyət üzrə təqdimat etdi.
Daha sonra birgə fəaliyyət sahəsinə daxil olan ilk yardım, psixi sağlamlıq və psixososial dəstək, təhsilə giriş, su və yaşam, iqtisadi təhlükəsizlik, silahlarla çirklənmə, kommunikasiya və yayım, ailə əlaqələrinin bərpası sahəsində təqdimatlar edildi. Müzakirələr aparıldı, təkliflər dinlənildi. Müvafiq qərarlar qəbul edildi.
[su_slider source=”media: 18919,18918,18917,18916,18915,18914″ limit=”35″ link=”custom” target=”blank” width=”600″ height=”400″ responsive=”no” title=”no” arrows=”no” pages=”no” mousewheel=”no”]