16 sentyabr 2021ci iltarixində Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Ölkə Ofisi tərəfindən Milli Psixi Sağlamlıq və Psixososial Dəstək (MHPSS) Texniki Qrupunun açılış mərasimi onlayn formatında təşkil olunmuşdur.
2021-ci ilin iyul ayında MHPSS Texniki İşçi Qrupu, ÜST və Hollandiya Surge Support Programının dəstəyi ilə fövqəladə hallardan və fəlakətlərdən təsirlənən bütün əhalinin MHPSS ehtiyaclarını qarşılamaq,hazırlıq, cavab və bərpa üçün bir platform yaratmağa görə ilk görüşünü keçirdi.
Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan Ölkə Ofisi uzun müddətdir ki, Azərbaycanda MHPSS (Psixi Sağlamlıq və Psixososial dəstək) mütəxəssislər və təşkilatlar arasında ünsiyyəti və əməkdaşlığı dəstəkləmək, bu sahədəki ehtiyacları aradan qaldırmaq üçün iş planı hazırlanmasında təşkilatarası koordinasiya mexanizminin yaradılmasını təbliğ edir.
Texniki işçi qrupu, müxtəlif sektorlardan olan maraqlı tərəflərin sübuta əsaslanan, mədəni cəhətdən uyğunlaşdırılmış və ehtiyac yönümlü MHPSS xidmətləri əlaqələndirməyə kritik bir platforma olacaq.
Görüşdə müxtəlif Beynəlxalq (ÜST, UNİSEF, BQXQACF, BQXK, Hollandiya Səfirliyi və s.) , Milli dövlət və QHT nümayyəndələri iştirak etmişdir. Çıxış edən natiqlər Işçi qrupun yaradılmasına, psixi sağlamlıq sahəsində gələcəkdə görüləcək fəaliyyətlərə müsbət fikirlər söyləmişlər.
Adı çəkilən görüşdə AzQAC-in İcraçı Katibinin müavini Səbinə Məhbubiiran, Sona Hacıyeva – Miqrasiya şöbəsinin mütəxəssisi, Nigar Qadaşova -psixoloq və Mətanət Qaraxanova – “İcmaya əsaslanan sağlamlıq” proqramının kordinatoru iştirak etmişlər. Səbinə x çıxış edərək, bir daha icmaların psixi sağlamlıq sahəsində maarifləndirilməsində AzQAC-in yerli Region və Bölmələr vasitəsilə həyata keçirilməsinin prioritet sahə olduğunu qeyd etdi. O, işçi qrupun fəaliyyətində təşkilatlararası əməkdaşlığın, beynəlxalq təcrübənin istifadəsinin vacibliyini vurğuladı.