IMG_20210910_120742

Ümumdünya İlk Tibbi Yardım Günü münasibətilə görüş keçirildi

2000-ci ildən etibarən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatına üzv ölkələrinin təşəbbüsü ilə hər il sentyabr ayının ikinci şənbəsi Ümumdünya İlk Tibbi Yardım Günü kimi qeyd olunur. Dünyada ilk dəfə ilkin tibbi yardım hələ 19-cu əsrin sonlarında yaranmışdır. Azərbaycanda isə ilk təcili tibbi yardım xidməti 1922-ci ildə yaranmışdır.

2021-ci il sentyabrın 10-da Ümumdünya İlk Tibbi Yardım Günü münasibətilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı və Beynəlxalq Qızıl Xaç Komitəsinin dəstəyi ilə AzQAC-ın şəhər, rayon bölmə sədrlərinin və Cəmiyyətin Fövqəladə Mobil Könüllü Dəstələrinin iştirakı ilə görüş keçirilmişdir.

Görüşü giriş sözü ilə açan AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev iştirakçıları Cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun adından salamlamışdır. Çıxışında Cəmiyyətin ilk yardım təlimlərindən əldə ediləcək maliyyənin humanitar işlərə yönləndiriləcəyindən bəhs etdi. Bu sahədə rəqabətə davam gətirmək üçün professionallığın vacib olduğunu qeyd edən icraçı katib bunun üçün lazımi hər bir patensialımızın olduğunu xüsusi olaraq vurğuladı. Könüllüləri ilk yardım seminarlarında daha da ciddi iştirak etməyə səslədi.

Daha sonra İcmalara əsaslanan broşur ətrafında müzakirələr aparıldı. Təklif və rəylər dinlənildi. Könüllülər tərəfindən verilən suallar cavablandırıldı.

Sonda bütün təkliflər nzəərə alınaraq icmalara əsaslanan broşurla bağlı müvafiq qərarlar qəbul edildi.IMG_20210910_120644 IMG_20210910_120725 IMG_20210910_120851

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.