IMG_20210920_114817

AzQAC-ın baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz regionu üzrə rəhbər şəxslərinin iştirakı ilə görüş keçirildi

2021-ci il Sentyabrın 20-də AzQAC-ın baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz regionu üzrə rəhbər şəxslərinin iştirakı ilə görüş keçirildi.

Görüşü giriş sözü ilə açan AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov qonaqları salamladı. Beynəlxalq Federasiyanın Azərbaycanda yenidən fəaliyyətə başlamasından məmnun olduğunu vurğuladı. İstər pandemiya, istərsə də 44 günlük müharibə dövründə Federasiyanın və onun əməkdaşlarının yüksək səviyyədə fəaliyyət göstərdiyini xüsusi olaraq qeyd etdi. Bu fəaliyyətlərə peşəkar insanların cəlb edilməsini təqdirəlayiq və vacib məsələ olduğunu söylədi. Həmçinin, Türkiyə Qızıl Ay Cəmiyyətinin fəaliyyətlərini də yüksək qiymətləndirdiyini bildirdi. Novruz Aslanov fürsətdən istifadə edərək, fəaliyyəti dövründə yüksək peşəkarlıqla çalışan Olqa Cumayevaya öz təşəkkürlərini çatdırdı və ona gələcək işlərində uğurlar arzuladı.

Daha sonra çıxış edən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Qafqaz ölkələri üzrə nümayəndəliyin rəhbəri Olqa Cumayeva çıxışında AzQAC-ın prezidenti Novruz Aslanova və onun komanda heyətinə öz minnətdarlığını bildirdi. O, çıxışında artıq donorların Azərbaycandakı layihələrə rahatlıqla cəlb edə bildiklərini xüsusi olaraq vurğuladı. Bunun səbəbinin Milli Cəmiyyətin rəhbərliyinin dəstəyinin olduğunu qeyd etdi. Xanım Cumayeva 3 tərəfli razılaşmaya əlavələrin olacağını da iştirakçıların diqqətinə çatdırdı. Bu əlavələrin bütün fəaliyyətlərə və onların genişləndirilməsinə imkan yaradacağını xüsusi olaraq vurğuladı. Federasiya olaraq AzQAC-ın yerli şəhər və rayon bölmələrinin inkişaf etdirilməsi, onların texniki avadanlıqlarla təmin edilməsi, həmçinin, maliyyə idarəetmə sisteminin gücləndirilməsində maraqlı olduqlarını bildirdi.

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Milli Cəmiyyətin inkişafı üzrə nümayəndəsi Serdar Günel hazırda qurulmuş işgüzar münasibətlərin lazımi sahələrin inkişafına müsbət təsir etdiyini söylədi. Bu müddət ərzində yaradılmış şəraitə və göstərilən dəstəyə görə öz təşəkkürlərini bildirdi.

Görüşdə, həmçinin, AzQAC-ın İcraçı Katibi Ceyhun Mirzəyev, İcraçı Katibin müavini Səbinə Məhbubi-İran, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyanın nümayəndəsi Tiffany Loh iştirak edirdilər.IMG_20210920_114606 IMG_20210920_114622 IMG_20210920_114715 IMG_20210920_114755 IMG_20210920_115542

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.