21-25\09 2021-ci il tarixlərində Yerli İcmaların Fövqəladə Hallar zamanı Sağlamlıq üzrə Dayanıqlığının güclənməsi və COVİD-19 pandemiyası layihəsi cərcivəsində və 2021-2022-il tədris ili ilə əlaqədar Cəmiyyətimizin əməkdaşları, İcracı katibin müavini, Gənclər və könüllülər şöbəsinin müdiri Xalidə İsgəndərova, Fövqaladə Hallar söbəsinin müdiri Elşən Səlimzadə, Miqrasiya şöbəsinin müdiri Məmməd Kətanov, və Türkiyə Qızıl Ay Cəmiyyətinin əməkdaşları Agdam, Fizuli, Cəbrayıl, Tərtər rayon bölmələrinə ezam olunmuşlar.
Səfər zamanı rayonlarda manitorinqlər aparılmış,eyni zamanda QAC-nin əməkdaşları, icmalarda fəaliyyət göstərən könüllülərlə birgə təlimlər, görüşlər kecirilmişdir. Görüşlər zamanı əməkdaşların və könüllülərin gördükləri işlərin hesabatları dinlənilmiş və gələcək planları müzakirə olunmuşdur.
Yuxarıda adları cəkilən bütun rayon bölmələrinin məktəblərində COVİD-19 pandemiyasının qarşısının alınması məqsədilə əhali arasında yayımlanmaq ücün üz maskaları, spirtlər, üz ücün sipərliklər, ilk yardım cantaları, cap materialları, 2100 nəfər məktəblilər ücün geyim və dərs ləvazimatları verilmişdir. Eyni zamanda yuxarıda adları cəkilən rayonların məktələrində calışan müəllimlərə və valideynlərə maskaların, gigenik vasitələrin, buklet və broşurların paylanılması kompaniyası da aparılmışdır.
Bu layihələrin həyata keçirilməsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Türk Qızıl Ay Cəmiyyətinin vasitəsilə bir sıra beynəlxalq donorlar öz dəstəyini göstərmişdir. Eyni zamanda layihələrin həyata keçirilməsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Avropa İttifaqı tərəfindən dəstək olunmuşdur. Az.QAC fürsətdən istifadə edərək donorlarımıza göstərdikləri dəstəyə görə öz təşəkkürünü bildirir .