Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun Rusiya Qızıl Xaç Cəmiyyətinin prezidenti Savçuk Pavel Oleqovic ilə online görüşü görüşü baş tutdu. Rusiya Qızıl Xaç Cəmiyyətinin prezidenti Novruz Aslanovu salamlayaraq bu görüşün baş tutmasından məmnunluq hissi duyduğunu və bunun üçün ona öz təşəkkürünü bildirdi.
Novruz Aslanov öz növbəsində cənab Savçuku salamlayaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin prezidenti seçilməsi münasibətilə onu yenidən təbrik etdi və öz humanitar missiyasında uğurlar arzuladı.
Rusiya Qızıl Xaç Cəmiyyətinin prezidenti öz humanitar fəaliyyətlərini əks etdirən prezentasiya təqdim etdi.
Daha sonra AzQAC-ın prezidenti çıxışında humanitar sahədə Rusiya Qızıl Xaç Cəmiyyəti ilə AzQAC arasında həmişə sıx olan əməkdaşlıqdan söz açdı. Gələcəkdə də bu fəaliyyətlərin davamlı və uğurlu olacağını bildirdi.
Hər iki rəhbər arasında humanitar sahədəki fəaliyytələrlə bağlı müzakirələr aparıldı və müvafiq qərarlar qəbul edildi.
Sonda Novruz Aslanov Rusiya Qızıl Xaç Cəmiyyətinin prezidentini Azərbaycana rəsmi səfərdə olmağa dəvət etdi.