IMG_20211102_111107

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərpoçt MMC arasında Çərçivə Müqaviləsi imzalandı

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərpoçt MMC arasında  02.11. 2021-ci il tarixində görüş keçirilmişdir. Görüşdə AzQAC-ın İcraçı Katibi, Ceyhun Mirzəyev 2021-ci ilin Mart-May ayları zamanı Nəğd pul və Çek yardımları üzrə ilk dəfə tətbiq edilən 3 aylıq pilot layihənin uğurla həyata keçirilməsində göstərdiyi texniki dəstəyə görə Azərpoçt MMC-yə xüsusi minnətdarlığını bildirdi. Ardınca, uğurlu fəaliyyətin davamlı olması məqsədilə, nəğd yardım əməliyyatlarını qarşıdakı illərdə də davam etdirmək və bu istiqamətdə texniki dəstək almaq üçün 02 Noyabr, 2021-ci il tarixində Azərpoçt ilə daha uzun müddətə, 2 illik dövrü əhatə edən Çərçivə Müqaviləsi imzalandı. Görüşdə bu Müqavilənin Azərbaycan Qızıl Aypara üçün önəmi və Milli Cəmiyyətin tarixində və ümumilikdə Cənubi Qafqaz bölgəsi üzrə Nəğd Pul və Çek yardımı proqramı üzrə imzalanan ilk “Çərçivə Müqaviləsi” olduğu vurğulandı. Sonda qarşıda birgə fəaliyyətlər zamanı görüləcək işlər müzakirə olundu və xatirə şəkli çəkildi.IMG_20211102_110920 IMG-20211102-WA0001

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.