Zəfər günü münasibətilə Lactalis Caspi MMC tərəfindən göndərilən süd məhsulları Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin qeydiyyatında olan tənha, ehtiyaclı ahıllara və ailələrə təqdim olundu. Ahıllar da öz növbələrində bu əziz gündə onları diqqətdə saxlayan AzQAC Sumqayıt şəhər bölməsinin əməkdaşlarına və xeyriyyəçi təşkilat nümayəndələrinə minnətdarlıqlarını bildirdilər .Bölməyə gəlmək iqtidarında olmayan yataq xəstələrinə süd məhsulları bölmə könüllüləri tərəfindən evlərində çatdırıldı .