8 Noyabr 2021-ci il tarixində AzQAC-nin əməkdaşları Göyçay rayonuna səfər edərək geniş miqyaslı maarifləndirmə tədbiri keçirdi.Belə ki, AzQAC-nin Baş İdarəsinin əməkdaşları və AzQAC-nin Göyçay rayon bölməsinin könülləri və əməkdaşkarı əhali arasında gigiyenik dəst( dezinfektə edici spirt, maska, spirt tərkibli gel) və covid 19 qorunma qaydalarını özündə əks etdirən bukletlər rayon əhalisi arasında paylanıldı.Məqsəd əhalinin daha sıx toplaşdığı yerdə covid 19 mübarizə üçün rayon camatını həm marifləndirmək həmdə virusdan qorunma vasitələrini təqdim etməkdir.
Görüşdə rayon camaatı ilə birlikdə rayon rəhbərliyi də, iştirak edirdi Göycay rayon İcra Hakimiyyətinin başcısı Mehdi Səlimzadə bu təşəbbüsün vacibliyini qeyd edərək , başda Cəmiyyətinin prezidenti, Millət Vəkili Novruz Aslanov olmaqla tədbirə qatılan Az.QAC-nin nümayəndə heyətinə, rayon bölmə əməkdaşları, könüllülərinə minnətdarlığını bildirdi.