2015-ci il noyabrın 13-də Beyləqan rayonunda yerləşən Xocavənd qəsəbəsində AzQAC-nin Xocavənd RB-nin yenidən təsis konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə açan AzQAC-nin Regional Mərkəz və Yerli Bölmələrlə iş şöbəsinin müdiri Ağayar Hüseynov AzQAC-nin yaranma tarixi,rolu və fəaliyyəti haqqında konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. O,çıxışında,həmçinin qeyd etmişdir ki,yeni yaradılan rayonda sosial problemlərin həllində AzQAC-i Xocavənd RB-i yaxından iştirak etməli və öz fəaliyyətini qurmalıdır.Daha sonra çıxış edən Rayon İcra Hakimiyyətinin Başçısının müavini Əfsanə Quliyeva konfransın keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirmiş və bildirmişdir ki,yeni yaradılaran RB-nin normal fəaliyyəti üçün müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Çıxışlar yekunlaşdıqdan sonra təşkilati məsələlər müzakirə olundu.Yekdilliklə səslə AzQAC-nin xocavənd RB-nin sədri,idarəetmə şurası və rəyasət heyətinin,maliyyə komissiyasının tərkibi seçilmişdir.Xocavənd RB-nin sədri vəzifəsinə Kamran Babayev seçilmişdir.Konfransın nəticələrinin AzQAC-nin rəyasət heyətinin iclasına təqdim olunması tövsiyyə olunmuşdu.Yekunda konfransın keçirilməsində yaradılan şəraitə görə rayon rəhbərliyinə təşəkkür edilmişdir.
Konfransın işində rayon rəhbərliyinin və AzQAC-nin Kəlbəcər RB-nin sədri Gəncəli Mehdiyev də iştirak etmişdirlər.