25 noyabr tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Federasiyanın birgə təşkilatçılığı ilə İcma ilə əlaqələr və hesabatlılıq (CEA) təlimi kecirildi.Təlimdə, İFRC əməkdaşı Cənubi Qafqaz üzrə proqram koordinatoru İvar Schram, Az.QAC -in İcracı katibin müavini, Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran ,İcma ilə əlaqədar və hesabatlılıq departamentinin işçisi Kamilla Rüstəmova ,Könüllülər departamentinin köməkçisi /İcma ilə əlaqələr və hesabatlılıq departamentinin işçisi Afaq Hüseynzadə iştirak edirdi. Tədbiri giriş sözü ilə Az.QAC -in İcracı katibinin müavini, Sağlamlıq şöbəsinin müdiri Səbinə Məhbubi-İran acaraq ,iştirakcıları salamlayib təlimin vacibliyi haqqında məlumat verdi.Daha sonra İFRC əməkdaşı Cənubi Qafqaz üzrə proqram koordinatoru İvar Schram İcma ilə ələqalər və hesabatlılığın təqdimatını etdi.Risk Kommunikasiyasının vacibliyindən və kanallarından ,yaxsı ünsiyyət bacarıqların müəyyən edilməsi ,İcma geribildirilməsi nədir və onun vacibliyi haqqında məlumatlar verdi.Daha sonra könüllülər qruplara bölünərək onlara tapşırılan mövzular barədə təqdimatlar etdilər .
Hər bir iştirakcı bu təlimdən nə qazandığı haqqında, belə bir təlimlərin onlara gələcəkdə nə dərəcədə faydalı olacağı, verilən bacarıqların istifadə səviyyəsinə dair fikirlərini söylədilər.
AzQAC və Beynəlxalq Federasiyanin əməkdaşları tərəfindən bildirildi ki, bundan sonra iştirakçılar tərəfindən əməli olaraq tədricən bu bacarıqların yerinə yetirilməsi gözlənilir.