IMG_20211206_090936

Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının nümayəndələrinin rəsmi səfər çərçivəsində görüşləri davam edir

 

2021-ci il dekabrın 6-da AzQAC-ın Baş ofisində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Baş Katibi cənab Jagan Chapagainin və onu müşayiət edən şəxslərin – Avropa zonasının direktoru Birgitte Bischof Ebbesen, Cənubi Qafqaz nümayəndəliyinin rəhbəri Davron Muhəmmədiyev və köməkçisi Victoria Jane Stodartın iştirakı ilə işgüzar görüş keçirildi.

Görüşü giriş sözü ilə açan AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev qonaqları AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanovun və Cəmiyyətin çoxsaylı üzvləri və könüllüləri adından salamladı. Federasiyanın nümayəndələrinin münaqişədən zərərçəkmiş ərazilərə – Ağdam və Füzuli rayonlarına birlikdə səfər etdiklərinə görə öz təşəkkürlərini bildirdi. Mövcud vəziyyətlə tanış olan qonaqların münaqişədən zərərçəkmiş ərazilərdə humanitar yardımların göstərilməsində Milli Cəmiyyətə dəstək olacaqlarından əmin olduğunu bildirdi.

1993-cü ildə birinci Qarabağ müharibəsindən zərəçəkmiş qaçqın və məcburi köçkünlərə Beynəlxalq Federasiyanın humanitar yardımlarının çox böyük köməyi olduğunu bildirdi. Çadır düşərgələrindəki insanların humanitar yardımlarla təmin olunmasında Federasiyanın rolunun əvəzsiz olduğunu xüsusi olaraq qeyd etdi.  Beynəlxalq Federasiyanın baş katibinin çox çətin bir vaxtda- pandemiya dövründə bu posta təyin olunmasına baxmayaraq bütün işlərin öhdəsindən layiqincə gəldiyini söylədi.

Daha sonra çıxış edən AzQAC-ın Baş katibi Ceyhun Mirzəyev 1993-cü ildən başlayaraq bu günə kimi əməkdaşlığın hələ davam etdiyini bildirdi. Federasiyanın ilk dəfə Bakıda nümayəndəliyinin, Mingəçevir və Sabirabadda subnümayəndəliklərinin  açılmasından sonra humanitar sahədə bir çox vacib layihələrin həyata keçirildiyini söylədi. Bu istər pandemiya istərsə də 44 günlük Vətən müharibəsi dövründə həm dövlət strukturlarının, həm də ictimaiyyətin Cəmiyyətə qarşı müsbət münasibətinin olduğunun bariz nümunəsidir. Məqsədimizin bu imici qoruyub saxlamaq olduğunu söylədi. Milli Cəmiyyətin, həmçinin, USAİD, Pepsi, P&G, UN kimi böyük təşkilatlarla qarşılıqlı əməkdaşlıq etdiyini bildirdi. Layihələrin həyata keçirildiyi vaxtlarda nəzarət və hesabat mexanizminin düzgün qurulduğunu, monitorinqlərin vaxtında aparıldığını xüsusi olaraq qeyd etdi.

Beynəlxalq Federasiyanın baş katibi Jagan Chapagain çıxışında gəlişlərinin Milli Cəmiyyətin yanında olmağından xəbər verdiyini bildirdi. Güclü Federasiyanın güclü Milli Cəmiyyətlərlə mümkün olacağını söylədi. Hansısa böhran baş verdikdə təşkilatın birlikdə mobilizasiya olduğunu bildirdi. Hadisələrə bərabər yanaşmanın olmasının vacibliyini vurğuladı. Böhran aradan qaldırıldıqdan sonra belə bu münasibətlərin davam etdirilməsinin məqsədə uyğun olduğunu söylədi. Gözəl fəaliyyətlər – gözəl donorların olduğunu bildirdi. Fəaliyyətlərin doğru həyata keçirilməsi üçün düzgün sistemlərin, siyasətlərin olmasının vacibliyini xüsusi olaraq vurğuladı. Bu siyasətlər beynəlxalq siyasətlərə bərabər olmalıdır.

Sonda qonaqlara Azərbaycan mədəniyyətini təmsil edən milli atributlardan ibarət hədiyyələr təqdim edildi.

Fəxri Xiyabanda Ulu öndər, Ümumilli lider Heydər Əliyevin məzarı ziyarət edildi. Ruhuna dualar oxundu, məzarı üstə əklil qoyuldu.

Daha sonra Beynəlxalq Federasiya və AzQAC-ın nümayəndələri Azərbaycan Respublikası Baş nazirinin müavini cənab Əli Əhmədovun qəbulunda oldular. Qonaqları qəbul edən baş nazirin müavini Federasiyanın Azərbaycandakı fəaliyyətlərini və AzQAC-a göstərdikləri dəstəyi müsbət qiymətləndirdi. Federasiya 1993-cü ildə müharibədən zərərçəkən insanlara, qaçqın və məcburi köçkünlərə öz imkanlarından istifadə edərək humanitar yardımlar göstərmişdir. Onlara bu dəstəyə görə öz təşəkkürlərini bildirdi və onların bu günə kimi Azərbaycandakı fəaliyyətlərini yüksək qiymətləndirdi. Humanitar sahədə görülən işlərə hər zaman dövlət dəstəyinin olduğunu bildirdi.

Beynəlxalq Federasiyanın baş katibi Jagan Chapagain isə onları qəbul etdiyinə və fəaliyyətlərə dəstək olduqlarına görə cənab Əli Əhmədova öz təşəkkürlərini bildirdi. Federasiyanın qlobal problemlərə cavab verə bilmə qabilliyətindən və dünyada humanitar sahədə gördükləri işlərdən bəhs etdi.

AzQAC-ın vitse-prezidenti Rövşən Əliyev və Bas katib Ceyhun Mirzəyev və BQXQAC Federasiyasının Baş katibi Jaganın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə görüşdülər. Komitə sədri qaçqınlar və yeni salınmış şəhərciklərə hələ yerləşdirilə bilməyən qaçqınlar haqqında danışdı. Həmçinin, birinci Qarabağ müharibəsindən zərərçəkmiş, çadır şəhərciklərində yerləşdirilmiş insanlara kifayət qədər humanitar yardımların Federasiya tərəfindən paylanıldığını söylədi.

Federasiyanın baş katibi çıxışında 1993-cü ildən bu günə kimi fəaliyyətlərimizdə daha həssas, daha çevik olmağa çalışdıqlarını və imkanları çərçivəsində yardımların insanlara çatdırıldığını xüsusi olaraq vurğuladı.
Sonda qonaqlara hədiyyələr təqdim edildi və xatirə şəkli çəkdirildi.
Görüşdən sonra nümayəndə heyəti Komitənin nümayəndələri ilə birlikdə Lökbatanda, həmçinin, yeni salınmış şəhərcikdə məskunlaşmış qaçqınların mövcud vəziyyəti ilə tanış oldular.

Xarici İşlər nazirliyində keçirilən görüş zamanı Federasiyanın AzQAC-a verdiyi dəstək, gələcək perspektivlər müzakirə olundu. 2018-ci ildə imzalanmış üç tərəfli də sazişə əsasən Beynəlxalq Federasiya, AzQAC və hökumət humanitar sahədəki fəaliyyətlərini birlikdə quracaq və bir-birlərinə dəstək olacaqlar.
IMG_20211206_090248_HHT IMG_20211206_090412_HHT IMG_20211206_090838 IMG_20211206_090942 IMG_20211206_094719 IMG_20211206_094750~2 IMG_20211206_094910 IMG_20211206_095045 IMG_20211206_095106 IMG_20211206_095144 IMG_20211206_103427_1 IMG_20211206_103747 IMG_20211206_103837 IMG_20211206_103906 IMG_20211206_103946 IMG_20211206_104007 IMG_20211206_104025IMG-20211206-WA0019IMG-20211206-WA0017IMG-20211206-WA0058IMG-20211206-WA0091IMG-20211206-WA0098IMG-20211206-WA0099IMG-20211206-WA0100IMG-20211206-WA0101IMG-20211206-WA0102

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.