1

“COVİD-19 və psixi sağlamlıq” adlı maarifləndirici tədbir həyata keçirildi

Azərbaycan Qızıl AyparaCəmiyyətinin müxtəlif təşkilatlarla əməkdaşlıq edərək, sağlamlıqla bağlı  maarifləndirici tədbirləri həyata keçirilir. Belə təşkilatlardan biri “Sağlamlığa xidmət” İçtimai Birliyi qeyd etmək olar.

Belə ki, 2021ci il 13 dekabr tarixində Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin Regional Vərəm Proqramı (TB REP 2.0) çərçivəsində “Sağlamlığa xidmət” İçtimai Birliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə  QHT-rin nümayyəndələri və vərəm sahəsində fəaliyyət göstərən tibb bacıları üçün “COVİD-19 və psixi sağlamlıq” mövzusunda seminar təşkil oıunmuşdur. Seminar AzQAC-in  “İcmaya əsaslan sağlamlıq” proqramının kordinatoru, təlimçi Mətanət Qaraxanova aparırdı.  İlk olaraq o, seminar iştirakçılarına ÜST 10 oktyabr -Ümumdünya Psixi Sağlamlıq günü ” ilə əlaqədar, psixi sağlamlığın ümumi sağlamlıqda vacib rolunu vurğulayaraq, COVİD-19 pandemiyanın psixi sağlamlığa olan  təsirləri barədə geniş məlumatları   təqdim etdi. M.Qaraxanova bir daha insanların bir birinə diqqətli olmasını, özləri və ətrafdakı insanlarda hər hansı bir psixoloji narahatlığı (depressiya, əhval ruhiyyənin olmaması, suiqəsd və s.)  görərək, hiss edərək, vaxtında düzgün davranaraq,  dəstək verməsində ÜST-n tövsiyyələrinin  istifadə edilməsini vurğuladı.  O, bununla bağlı insanların psixi sağlamlığa dair maariflənməsinin vacibliyini xüsusi qeyd etdi. Eyni zamanda M.Qaraxanova seminar iştirakçılarına İlk Psixoloji Yardımın prinsipləri barədə geniş məlumatları təqdim etdi. Seminar interaktiv şəkildə keçdi. İştirakçılar COVİD-19 pandemiyası zamanı yaşadığı  hadisələrlə, həyata keçirdiklərlə fəaliyyətlər (maariflənmə, xəstələrə qulluq, qoruyucu vasitələrdən istifadə, vaksinasiya) barəsində bölüşdülər. Seminarın onlar üçün maraqlı və  faydalı olduğunu da vurğuladılar.  Sonda seminar  iştirakçılarına sertifikatlar təqdim edildi.

2 3 4 5

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

© 2015 Azərbaycan Qızıl Aypara Cəmiyyəti. Bütün hüquqlar qorunur.